Dünya

“Ukraynadan Rusiyanı parçalamaq üçün istifadə edirlər” - Putin

31 Dekabr 2022 23:25
Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin təqdim etdiyi Yeni il mesajında Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Rusiya qərbin Ukraynadan alət kimi istifadə etdiyini bildirib.

"Qərb bizə sülhlə bağlı yalan danışdı. Bu, təcavüzə hazırlıq idi. İndi Ukrayna xalqından Rusiyanı zəiflətmək və parçalamaq üçün istifadə edir", - deyə Putin vurğulayıb.

Putin videomüraciət olaraq yayımlanan Yeni il mesajında ​​rus əsgərlərinin Ukraynada öz vətənlərini qoruduğuna diqqət çəkərək, əsl müstəqilliyin qəhrəman əsgərlərin mübarizəsi ilə təmin olunduğunu bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.