Dünya

Ermənilər Rusiya MN-nin mikroavtobusunun İrəvanda qaydaları pozmasından hiddətləniblər - VİDEO

31 Dekabr 2022 16:44
Baxış: 1 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənilər Rusiya Müdafiə Nazirliyinə məxsus mikroavtobusun İrəvanda yol hərəkəti qaydalarını pozmasına sərt reaksiya verib, sosial şəbəkələrdə Ermənistanın dövlət strukturlarından həmin maşının sürücüsünü cəzalandırmağı tələb ediblər.

Milli.Az APA-ya istinadən bildirir ki, "@military_arm" teleqram səhifəsində qeyd edilib ki, dəfələrlə Rusiya Müdafiə Nazirliyinin nömrə nişanı olan maşınların sürücülərinin özlərini kobud aparması, İrəvanın küçələrində yol hərəkəti qaydalarını pozması barədə xəbərlər alıblar.

Yol polisinin də həmin maşınlara cərimə yaza bilmədiyi aydın olub. Qeyd edilib ki, bu, müstəmləkəçilərin Afrikada davranışına bənzəyir, istədikləri kimi davranırlar.

Vurğulanıb ki, Ermənistanın güc strukturları bu sürücünü ən sərt şəkildə cəzalandırılmalıdır, əks təqdirdə növbəti dəfə bu maşının sürücüsü sakinlər tərəfindən qayda pozduğu yerdə cəzalandırılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.