Dünya

"İrandan gələn təhlükəyə birgə cavab vermək üçün..."

30 Dekabr 2022 07:52
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ administrasiyası İrandan gələn təhdidləri aradan qaldırmaq üçün İsrailin yeni hökuməti ilə işləməyə hazırdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir.

"Mən Netanyahu ilə İsrailin və Yaxın Şərqin üzləşdiyi bir çox çağırışlara, o cümlədən İrandan gələn təhlükəyə birgə cavab vermək üçün işləməyi səbirsizliklə gözləyirəm", - Bayden qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə inteqrasiya, rifah və təhlükəsizliyi təmin etməyə çalışır.

Qeyd edək ki, Knesset (İsrail parlamenti) dekabrın 29-da "Likud" partiyasının lideri Benyamin Netanyahunun seçkilərdən sonra qurduğu hökumətə etimad göstərib. Siyasətçi artıq yeni Baş nazir kimi and içib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.