Dünya

Yaponiyada bir gündə 415 nəfər koronavirusdan ölüb

29 Dekabr 2022 08:32
Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada son sutkada 415 nəfər koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məlumatı Yaponiyanın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bu statistika sutkalıq göstəriciyə görə yüksəkdir.

Məlumatda bildirilib ki, çərşənbə günü 216 219 yeni yoluxma halı təsdiqlənib ki, bu, ötən həftə ilə müqayisədə 4% çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Yaponiya həftə ərzində COVID-19 virusuna yoluxmaya görə birinci, ən çox ölüm hallarına görə isə ABŞ-dan sonra ikinci yerdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.