Dünya

Rusiyada yaşlı ər-arvad hərbi komissarlığın binasını yandırmağa cəhd edib - VİDEO

28 Dekabr 2022 07:26
Baxış: 1 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva vilayətinin Podolsk şəhərində pensioner ər-arvad hərbi komissarlığın binasını yandırmağa cəhd edib.

Milli.Az "report"a istinadən bildirir ki, 70 yaşlı kişi kanistrdəki benzinlə əsgini isladıb və onu alışdıraraq hərbi komissarlığın pəncərəsinə qoyub.

Məlumata görə, bu əsnada onun 76 yaşlı arvadı baş verənləri videolentə alıb.

Cütlük yoldan keçən polislər tərəfindən saxlanılıb. Yanğın tez bir zamanda söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.

Pensiyaçıların hərbi komissarlığı yandırmaq qərarına gəlməsinin səbəbləri hələlik açıqlanmayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Rusiyanın müxtəlif bölgələrində onlarla hərbi komissarlıq yandırılıb. Ölkədə səfərbərlik elan edildikdən sonra belə hadisələrin sayı xeyli artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.