Dünya

Fransada yaşayan iranlı bu səbəbdən intihar etdi

27 Dekabr 2022 22:41
Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada yaşayan iranlı Məhəmməd Muradi ölkəsindəki etirazlara görə, Lion şəhərində yerləşən Rona çayına atılaraq intihar edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun bu yolu seçməsinə səbəb İranın bəzi etirazçıları edam etdirməsi olub.

"Yalnız ölümümlə Avropa və digər xalqların diqqətini çəkə bilərəm. İranın problemlərinə gözlərimi yumub, zillətlə yaşamaqdansa, ölməyi üstün tuturam",-deyə o, intihar məktubunda bildirib.

Fransa mətbuatı qeyd edib ki, 38 yaşlı Muradi dünən yerli vaxtla saat 18:00 radələrində yoldan keçənlərin müdaxiləsinə baxmayaraq intihar edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.