Dünya

Təyyarədə sərnişinlər əlbəyaxa dava edib, uçuşu pozublar

27 Dekabr 2022 20:44
Baxış: 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kişinyovdan Təl-Əvivə uçan "Air Moldova" şirkətinə məxsus təyyarədə bir qrup sərnişin əlbəyaxa dava edib və reysi pozub.

Milli.Az bildirir ki, uçuşun ləğvi barədə Avropa aviadaşıyıcısının Facebook-dakı rəsmi səhifəsində məlumat verilib.

Uçmağa hazırlaşan təyyarədə bir neçə sərnişin aqressiv davranmağa başlayıb. Aviaşirkət nümayəndələrinin fikrincə, turistlərin bu cür davranışı "uçuşun, onların səyahət yoldaşlarının və ekipajın təhlükəsizliyini təhlükə altına qoyub".

Qeyd olunub ki, təyyarənin komandiri "təhlükəsizlik qaydalarına əməl olunmayan" şəraitdə havaya qalxmamaq qərarına gəlib. "Air Moldova" bildirilib ki, qaydanı pozan şəxslər polis tərəfindən saxlanılıb. Daşıyıcı növbəti reysdə qalan sərnişinləri İsrailə çatdıracağına söz verib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.