Dünya

İranın Dərəşəhr qəsəbəsində altı nəfər həbs edildi

27 Dekabr 2022 08:37
Baxış: 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın İlam əyalətinin Dərəşəhr qəsəbəsində altı nəfər həbs edilib.

İlam əyalətinin polis komandirinin müavini Hüseyn Nəcəfi sozügedən vətəndaşları "asayiş və təhlükəsizliyi pozan, ümumi əmlakı yandıran və ictimai yerləri dağıdanlar" adlandırıb və iddia edib:

"Son həftələrdə Dərəşəhr şəhərində keçirilən etiraz aksiyaları zamanı şəhərdəki ümumi məkanların yandırılması və dağıdılmasından sonra məsələ polis tərəfindən nəzarətə alınıb. Təqsirləndirilən şəxslərin şəxsiyyəti müəyyən edilib və məhkəmə orqanları ilə razılaşdırılaraq altı nəfər həbs edilib".

Həbs edilənlərin harada və hansı vəziyyətdə saxlanıldığı barədə məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.