Dünya

Təqaüdçü qadın 60 ildən sonra sevgilisinə ərə getdi

22 Dekabr 2022 15:26
Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinalı təqaüdçü 60 illik ayrılıqdan sonra sevgilisinə qovuşub və onunla ailə qurub.

Milli.Az bildirir ki, bu barədə "Metro" məlumat yayıb.

1962-ci ildə hazırda 93 yaşında olan Jak adlı belçikalı işləmək üçün Buenos-Ayresə köçüb. Tezliklə o, Kristina adlı bir qadınla tanış olub. Belçikalı və argentinalı bir-birinə aşiq olub. Roman uzun sürməyib, çünki Jak tezliklə Belçikaya qayıtmalı olub.

Jakla gələcəyin qeyri-mümkün olduğunu başa düşən Kristina başqa kişi ilə evlənib. Kristina belçikalını xatırlamağa davam etsə də, onu tapmaq ümidini itirib. O, ayrılıqdan sonra Jakın yenidən Buenos Ayresə gəldiyini, onu axtardığını və hətta rəfiqəsi vasitəsilə əlaqələrini ona ötürməyə çalışdığını bilməyib.

Ərinin ölümündən 6 il sonra qadın və nəvələri Jakı sosial şəbəkədə tapmağa cəhd etmək qərarına gəliblər. Cəhd uğurlu alınıb ​​və sevgililər yazışmağa başlayıblar. Sonra yenidən görüşüblər və iki il birlikdə yaşayıblar. 2022-ci ilin yanvarında 79 yaşlı Kristina sevgilisi ilə Belçikada, dekabrda isə Argentinada toy keçirib və yenidən ailə qurub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.