Dünya

Fil kilsədə 10 nəfəri tapdaladı

22 Dekabr 2022 17:09
Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tailandın Buriram əyalətində qəzəbli fil kilsədə mərasim zamanı insanlara hücum edib.

Milli.Az bildirir ki, bu barədə "The Star" məlumat yayıb.

İnsident minə yaxın insanın iştirak etdiyi mərasimdə baş verib. Qəfildən məbəddə dayanan fil yaşlı qadına hücum edib və onun buduna basaraq ağır xəsarətlər yetirib. Sonra qəzəbli heyvan yaxınlıqdakı hər kəsi ayaqlamağa başlayıb. Nəticədə 10 nəfər xəsarət alıb. Bütün yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərindən biri, 63 yaşlı Pranom Çaitronq iddia edib ki, fil onun ətrafında qaçaraq sədəqə toplayan uşaqlara qəzəblənib. O, gələcəkdə oxşar hücumların qarşısını almaq üçün məbədə heyvan gətirməməyə çağırıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.