Dünya

Bu ölkədə 11 gündə ikinci Baş nazir dəyişikliyi

21 Dekabr 2022 23:43
Baxış: 1 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peru Prezidenti Dina Boluarte, Alberto Otarola Penarandanı ölkənin yeni Baş naziri təyin edib. Bu son 11 gündə ölkədə ikinci dəfə Baş nazir dəyişikliyi olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, andiçmə paytaxt Limada Peru Hökumət Sarayında baş tutub.

Vəkil olan Penaranda bir neçə ay əvvəl Peru Respublika Konqresində Dina Boluarteyə qarşı aparılan istintaq zamanı onun vəkili kimi çıxış etmişdi.

Qeyd edək ki, dekabrın 7-də Konqres tərəfindən keçmiş prezident Pedro Kastilyo impiçment və həbs edildikdən sonra onun yerinə Dina Boluarte gətirilib. Həmin gündən sonra ölkədə Kastilyo tərəfdarlarının etirazları davam edir. Nümayişçilər 18 ay həbs qətimkan tədbiri ilə həbsdə olan Kastillonun sərbəst buraxılmasını və ölkədə vaxtından əvvəl seçki keçirilməsini tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.