Dünya

ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək

21 Dekabr 2022 22:35
Baxış: 1 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ ilk dəfə olaraq Ukraynaya "Patriot" zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.

Sənəddə göstərilir ki, 1 milyard Dövlət Departamenti, 850 milyon dollar isə Pentaqon vasitəsilə ayrılacaq.

Demək olar ki, ABŞ dövlət katibi ilə eyni vaxtda Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Cozef Baydenin Blinkenin qeyd etdiyi xarici siyasət departamenti vasitəsilə Kiyevə 1 milyard dollara qədər vəsaitin ayrılması haqqında sərəncamının mətnini dərc edib.

ABŞ "Patriot" raketləri batareyasını idarə etmək üçün ukraynalı hərbçilərə keçiriləcək təlimlərdə də iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory