Dünya

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

20 Dekabr 2022 07:15
Baxış: 5 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər hesab edirlər ki, Yer kürəsi bu əsrin sonunda 6-cı dəfə yoxa çıxacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırma Kanadada aparılıb.

Belə ki, BMT-nin Bioloji müxtəliflik adlı konfransında avropalı alimlərin təqdim etdiyi yeni araşdırmaya görə, 2100-cü ilə qədər Yerdəki həyatın əhəmiyyətli bir hissəsi yox olacaq.

Mütəxəssislər iqlim dəyişikliyi və resurslardan düzgün istifadə edilməməsi nəticəsində dünyada biomüxtəlifliyin azalmasının qısa müddətdə sürətlənəcəyini proqnozlaşdırıblar.

Avstraliyalı və avropalı alimlər Yerin gələcəyi ilə bağlı proqnozlar vermək üçün superkompüter vasitəsilə "virtual Yer" modelini hazırlayıblar. Əldə edilən nəticələrə görə, 2050-ci ilə qədər dünyada mövcud bitki növlərinin yüzdə 10-u yox olacaq, 2100-cü ilə qədər bu nisbət yüzdə 27-yə çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.