Dünya

İntim görüntüləri tapılan polis işdən qovuldu

18 Dekabr 2022 06:22
Baxış: 3 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Arizona ştatının Feniks şəhərindən olan polis məmuru evdən işləyərkən porno çəkilişlə məşğul olması şübhəsi ilə istintaqa cəlb edilib.

Milli.Az bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

Ohayo ştatında yaşayan 30 yaşlı Kristian Qoqqans, Feniks şəhər polis departamentinə işə başlamazdan bir il əvvəl, 2019-cu ildə özünün porno videolarını çəkməyə başlayıb. İnternetdə özünü Riko Bleyz kimi təqdim edən şəxs sosial şəbəkələrdən birində böyüklərə aid videolar yayıb. Sonra hesab qapalı rejimə keçirilib ki, bu da onun məzmununa yalnız istifadəçinin icazəsi ilə daxil olmağı nəzərdə tutub.

Sonradan məlum olub ki, evdən işləyən Qoqqans yeni videolar çəkmək üçün iş saatlarında Las Veqasa gedib. Feniks polisi onların əməkdaşına qarşı daxili araşdırma aparıldığını təsdiqləsə də, təfərrüatları açıqlamayıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.