Dünya

Rusiyanın BMT TŞ-dən çıxarılmasına dair qətnamə layihəsi təqdim edildi

15 Dekabr 2022 16:52
Baxış: 994
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiyanın BMT TŞ-dən çıxarılması ilə bağlı qətnamə layihəsi təqdim edilib.

Milli.Az Manset.az-a istinadən bildirir ki, Nümayəndələr Palatasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komitəsinin üzvləri birgə bəyanatda bildiriblər ki, "Rusiyanın Ukraynadakı işğalı və əsassız müharibə fonunda Rusiyanın BMT Təhlükəsizlik Şurasında iştirakı BMT Təhlükəsizlik Şurasının məqsəd və prinsiplərini pozur".

Rusiyanın BMT TŞ-dən çıxarılması ilə bağlı ABŞ Nümayəndələr Palatasına təqdim edilən qətnamə layihəsində Rusiyanın "ardıcıl və qəsdən" BMT prinsiplərini pozduğu bildirilib.

Qanun layihəsində ABŞ prezidenti Co Bayden də Rusiyanı Şuradan çıxarmaq üçün bütün lazımi addımları atmağa çağırılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.