Dünya

Sərnişin təyyarəsinin havaya qalxdıqdan sonra qapısı qopdu

16 Dekabr 2022 01:12
Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latın Amerikası ölkələrindən birində sərnişin təyyarəsinin havaya qalxmasından 10 dəqiqə sonra qapısı qopub.

Milli.Az bildirir ki, bu barədə Çilinin "T13" telekanalı məlumat yayıb.

Hadisə bazar ertəsi, dekabrın 12-də səhər saatlarında Navarino adasındakı kiçik Puerto Uilyams şəhərində baş verib. Havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra "Beechcraft King Air-100" təyyarəsinin qapısı qopub. Hadisə şahidləri tərəfindən lentə alınan videoda laynerin su üzərində qapısı olmadan necə uçduğu, sərnişinlərin güldüyü əks olunub.

Nəticədə pilot hava limanına geri qayıdaraq təcili eniş etməli olub. İnsident zamanı göyərtədə doqquz turist və iki ekipaj üzvü olduğu dəqiqləşib. Onlardan heç biri xəsarət almayıb, lakin məcburi enişdən sonra təyyarə aerodromda qalıb.

Mənbənin sözlərinə görə, hazırda aviaşirkət insidentin səbəblərini öyrənmək üçün araşdırma aparır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.