Dünya

İki yaşlı qızı yük maşınının altında qaldı - VİDEO

13 Dekabr 2022 17:54
Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Yekaterinburqda iki yaşlı qız yük maşınının təkərləri altına düşüb.

Milli.Az bildirir ki, hadisə müşahidə kameraları tərəfindən lentə alınıb, hadisənin görüntülərini REN TV yayıb.

Kadrlarda iki uşaqlı qadının yol boyu getdiyi, onların yanında yük maşınının arxaya hərəkət etməsi əks olunub. Qadın yük maşınının arxasından qaçıb, uşaqlardan birinin əlindən tutub, ikinci qız sürüşüb, maşının altında qalıb.

Qadın maşını saxladıqdan sonra qızını təkərlərin altından çıxarıb - qız sağ qalıb və ayağı əzilmiş vəziyyətdə xilas olub. Yol polisi belə qənaətə gəlib ki, yük maşını sürücüsü geriyə hərəkət edərkən hərəkətin təhlükəsizliyinə riayət etməyib və nəticədə uşağı vurub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.