Avstraliyanın şimal-şərqində yerləşən Kvinslend ştatında baş verən atışma nəticəsində 2 polis əməkdaşı daxil olmaqla, 6 nəfər ölüb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Kvinslend ştatının polisi məlumat yayıb.
Bildirilib ki, Uimbill şəhərində yerləşən evlərdən birində 2 polis və təsadüfi şahid 3 silahlı cinayətkar tərəfindən qətlə yetirilib, 2 polis əməkdaşı isə yaralanıb. Daha sonra ev xüsusi təyinatılar tərəfindən mühasirəyə alınıb və orada olan 2 kişi və 1 qadın saxlanılan zaman güllələnərək öldürülüb.
Milli.Az