Dünya

Bu il iş başında həlak olan jurnalistlərin sayı artıb

11 Dekabr 2022 16:57
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ildə iş başında həlak olan jurnalistlərin sayı artıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) illik hesabatında deyilir.

Hesabata görə, buna Ukraynadakı müharibə, Haitidəki xaos və Meksikada cinayətkar dəstələrin zorakılığının artması şərait yaradıb.

Belə ki, ilin əvvəlindən bugünədək dünyada 67 jurnalist və media işçisi dünyasını dəyişib ki, keçən il bu rəqəm 47 olub.

Ölən jurnalistlərin əksəriyyəti - 12 nəfər Ukraynada həlak olub. Hesabatda qeyd olunur ki, media işçilərinin ölümü daha çox Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk dövründə baş verib. Ukraynadakı həlak olanlar arasında amerikalı sənədli film rejissoru Brent Reno da var.

Mətbuat nümayəndələrinin ölüm sayına görə sonrakı yerləri Çin (11 nəfər) və Myanma (6 nəfər) tutur. Media işçiləri arasında ən yüksək cinayət rekordu da Çin və Myanmadadır. Hesabatda bildirilir ki, ötən il 365 jurnalist həbs edilib.

IFJ-nin baş katibi Entoni Bellanqer deyib ki, jurnalistlərin və digər media işçilərinin qətllərinin sayının kəskin artması böyük narahatlıq doğurur və dünya dövlətləri üçün növbəti həyəcan siqnalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.