Ukrayna artıq Rusiyanı vurur: Kremlin cavabı... - Başbuğ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Rusiya ilə hər nə qədər sülhlə bağlı müzakirələr apardıqlarını desə də, arxa planda müharibənin davam etməsini istəyir. Rusiyada da eyni vəziyyəti müşahidə edirik. Moskva müharibədə siyasi, hərbi və iqtisadi cəhətdən böyük zərbələr aldı. Vaşinqton da hazırki vəziyyəti əlverişli zaman kimi görərək, təzyiqi daha da artırır.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a Rusiyanın aerodromlarına son iki gündə Ukraynanın PUA-larla təşkil etdiyi hücumlar haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.
Polkovnikin sözlərinə görə, indiki məqamda Rusiya çıxılmaz vəziyyətdədir və getdikcə təklənir:
"Əsas məsələ sözügedən hücumlara Rusiyanın hansı cavabı necə verəcəyidir. Fikrimcə, veriləcək cavabın fərqli nöqtələrə və mərhələlərə keçmə riski var. Çünki edilən hücumların miqyası artıq demək olar ki, sülh danışıqlarının tamamilə rəfə qaldırılmasına səbəb olur. Əgər Rusiya siyasi ağırlığını yenidən ortaya qoymaq və davamlılığını təmin etmək istəyirsə, hücumlara mütləq şəkildə cavab verməli, bunun altında qalmamalıdır. Yəni məsələ Krım körpüsündə mətbuata poza verməklə bitmir. Nəticədə sən Xersonda ciddi bir zərbə aldın və oradan geri çəkilməyə məcbur oldun. Hazırda isə Rusiya Zaporojyedə də vaxt keçdikcə eyni aqibəti yaşayır. Hər kəsi Moskvanın bunu taktiki gediş kimi, yaxud məcburiyyətdən etdiyi sualının cavabı maraqlandırır. Ancaq fikrimcə, hazırda Rusiya sıxılmış vəziyyətdədir. Çünki ciddi itkiləri var və getdikcə yalnızlaşır, çarəsiz vəziyyətə düşür. Ona görə Moskva müharibəni necə davam etdirəcəyinin yollarını axtarır. Əgər nüvə gücü istifadə üçün meydana çıxarsa, bu da çox risklidir və ağır, fəlakətli bir qarşılığı ola bilər".
Qeyd edək ki, dünən Rusiyanın Saratov vilayətində hərbi aerodroma Ukraynanın PUA hücumu zamanı üç nəfər nəfər rus hərbçi ölüb, dörd hərbçi yaralanıb və iki Tu-95 bombardmançı təyyarə zədələnib. Bu gün isə gecə saatlarında Kursk vilayətində aerodroma və Bryansk vilayətindəki "Slava" zavoduna PUA ilə hücum təşkil olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
XƏBƏR LENTİ
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)





