Dünya

Qadının dedikləri küçədən keçənlərin "qanını dondurdu"

5 Dekabr 2022 18:04
Baxış: 1 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarusda, Qrodno şəhərində bir qadın iki yaşlı qızını qətlə yetirdiyini açıq şəkildə etiraf edib.

Milli.Az bildirir ki, bu barədə "Qrodno Plus" telekanalının Telegram kanalı məlumat yayıb.

İlkin məlumata görə, hadisə şəhərdəki yataqxanaların birində baş verib. Ana qızını öldürüb. Qadının iki uşağı olduğu bildirilib.

Kanalın məlumatına görə, ana küçəyə çıxıb və yoldan keçənlərə iki yaşlı qızını qətlə yetirdiyini etiraf edib.

Daxili İşlər İdarəsinin və İstintaq Komitəsinin əməkdaşları hələlik hadisə ilə bağlı heç bir açıqlama verməyiblər. Hadisənin hansı şəraitdə baş verdiyi də məlum deyil.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.