Dünya

Təbrizdə azərbaycanlı jurnalist saxlanılıb

5 Dekabr 2022 12:18
Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbrizdə azərbaycanlı jurnalist təzyiqlərlə qarşılaşıb. O etiraz aksiyalarını işıqlandırdığı üçün saxlanılıb və fəaliyyətinə qadağa qoyulub.

Milli.Az xəbər verir ki, Təbrizdə yaşayan media fəalı və jurnalist Aydın Təbrizinin fəaliyyətinin molla rejimi tərəfindən qadağan edildiyi deyilir.

Sosial media fəlları son günlər Aydın Təbrizinin ETTELAAT İdarəsinə çağrılaraq dindirildiyini və sosial şəbəkələrdə fəaliyyətini dayandırması üçün təzyiq göstərildiyini bildirirlər.

Azərbaycanlı jurnalistin etiraz aksiyalarına dəstək verməsi və hadisələri işıqlandırması ilə təzyiqlərlə qarşılaşdığı qeyd edilir.

Qeyd edək ki, media fəalı bundan öncə də fəaliyyətlərinə görə basqılarla və həbsə məruz qalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.