Dünya

Qeyri-adi partlayış - 3 nəfər yaralandı

5 Dekabr 2022 19:40
Baxış: 827
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Domodedovo şəhərində mənzildə hava ilə doldurulan döşək partlayıb. Partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Milli.Az bildirir ki, dekabrın 4-nə keçən gecə Tvorçestvo küçəsində yerləşən yaşayış binasında mənşəyi naməlum partlayış barədə məlumat dispetçerə daxil olub. Gələn yanğınsöndürənlər müəyyən ediblər ki, beşinci girişdə elektrik nasosu ilə doldurulan döşək partlayıb.

Mənzilin pəncərəsi və eyvanı yanıb, yanğın baş verməyib. Mətbuat xidməti bildirib ki, ölənlər arasında uşaqlar yoxdur.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.