Dünya

Ukraynalı komandan: Bu sistemlərə ehtiyacımız var

5 Dekabr 2022 19:32
Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın daha çox müxtəlif hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. İndi Ukrayna Silahlı Qüvvələri tərəfdaş ölkələrdən aldığı bütün silahlardan tam və çox səmərəli istifadə edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Birləşmiş Qüvvələrinin komandanı Sergey Nayev bildirib.

"Biz daha çox hava hücumundan müdafiə vasitələrinə sahib olmaq istərdik. Mövcud resurs əsasında hava hücumundan müdafiə sistemi daim təkmilləşdirilir. Biz hava hədəflərini məhv etmək üçün lazım olan vasitələri yavaş-yavaş əldə edirik. Onu gətirmək çox əziyyətli işdir", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.