Dünya

Almaniya ilə danışıqlara başlamışıq, ABŞ da... - Kuleba

2 Dekabr 2022 21:39
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Almaniya ilə "Patriot" hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə bağlı danışıqlara başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba danışıb.

"Onların ("Patriot"ların -red.) ölkəmizin qərb bölgələrində yerləşdirilməsi Polşanı və digər NATO ölkələrini istənilən insidentdən qorumaq üçün ən yaxşı vasitədir.

Biz ABŞ-la bu məsələləri qaldırmışıq, çünki onlar "Patriot" texnologiyasına sahibdirlər. Mən də NATO və ATƏT nazirlərinin görüşlərindən istifadə edərək, bizə müsbət qərar verməkdə kömək edə biləcək hər kəslə danışıram", - Kuleba söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.