Dünya

Rəfiqəsinə poçtla heroin göndərdi, saxlanıldı

2 Dekabr 2022 18:04
Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Tümen vilayətində polis 51 yaşlı Yalutorovsk sakininin rəfiqəsinə poçtla göndərməyə çalışdığı bağlamadan 0,1 qram heroin tapıb.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə mətbuat xidmətindən məlumat verilib.

Polisin məlumatına görə, rusiyalı qadın messencerlərdən birində narkotik sifariş edib, bundan sonra poçt şöbəsində bağlamanın başqa şəhərə göndərilməsini təşkil edib. Heroin bağlamasını kimsə tapmasın deyə qutuya qadın paltarlarını qoyub.

Narkotik göndərən qadın saxlanılıb və ona qarşı narkotik alverinə cəhdə görə cinayət işi açılıb. Onu dörd ildən səkkiz ilə qədər həbs gözləyir. Qadının heç yerə getməməsi ilə əlaqədər yazılı vəsatət götürülüb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.