Dünya

İki qadını zorlayaraq öldürən şəxs 39 ildən sonra tutuldu

3 Dekabr 2022 05:44
Baxış: 1 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın Musoni şəhərindən iki qadını zorlayaraq öldürən 61 yaşlı Cozef Corc Sazerlend 39 il sonra tutulub.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Sazerlend cinayətləri dörd ay fərqlə 1983-cü ildə törədib. Qurbanlar modelyer kimi çalışan 22 yaşlı Erin Gilmur və 4 uşaq anası, sosial işçi olan 45 yaşlı Syuzan Tays olublar.

2019-cu ildə iki insidentdən götürülmüş DNT nümunələri ABŞ-ın Texas ştatındakı laboratoriyaya göndərilib. Onlar "Family Tree DNT" genetik test şirkətinə yüklənmiş nümunələrlə müqayisə edilib. Polis şübhəlinin ailə ağacını tərtib edib və tezliklə Sazerlendi tapıb. Müstəntiqlər ona DNT-sini yoxlamaq üçün order veriblər, nəticələr cinayət yerindən nümunələrə uyğun gəlib. "Biz demək olar ki, bütün ömrümüz boyu bu günü gözləmişik. Nəhayət, hamımız üçün ruh olan adamın adı və siması ilə tanış olduq", - Gilmurun qardaşı deyib.

Sazerlend noyabrın 24-də həbs edilib və birinci dərəcəli qətldə ittiham olunub. Polis cinayətkarın son 39 ildə açılmamış digər işlərlə əlaqəsinin olub-olmadığını araşdırır. Sazerlend dekabrın 9-da məhkəmə qarşısına çıxacaq.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.