Dünya

Dünyanın ən böyük vulkanlarından biri oyandı - VİDEO

28 Noyabr 2022 20:56
Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekvadorda dünyanın ən böyük və ən aktiv vulkanlarından biri olan Kotopaxi püskürməyə başlayıb. Sosial şəbəkələrdə onun oyanmasının görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ekspertlərin proqnozuna görə, püskürmənin pik həddi yaxın vaxtlarda baş verməlidir.

Kotopaxi Yer kürəsinin ən aktiv vulkanlarından biri hesab olunur və 1738-ci ildən bəri 50 dəfədən çox püskürüb. 1877-ci ildəki püskürmədən sonra təxminən 140 il sakitləşib.

2015-ci ildə püskürmə zamanı kül sütunlarının hündürlüyü müxtəlif hesablamalara görə, 5-8 km-ə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.