Dünya

Britaniya sakinləri bir ayda elektrik və qaz istehlakını 10% azaldıblar

27 Noyabr 2022 23:46
Baxış: 722

Böyük Britaniya sakinləri oktyabr ayından elektrik və qaz istehlakını təxminən 10% azaldıblar. Buna ölkədə enerji böhranının güclənməsi səbəb olub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Guardian" qəzeti yerli enerji şirkətlərinin məlumatlarına istinadən xəbər verib.

Xüsusilə, "E.ON" analitikləri son həftələrdə Britaniyada enerji istehlakında iki rəqəmli azalma qeydə alıblar - 10-15%. Öz növbəsində, "Telecom Plus"un rəhbəri Endryu Lindsi oktyabrda ölkədə qaz istehlakının təxminən 10% azaldığını açıqlayıb.

Eyni zamanda, şirkət böhran şəraitində yerli sakinlərin qənaət etmək istəyi ilə əlaqədar bu göstəricinin daha da azalacağını gözləyir.

Milli.Az

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics