Dünya

Bəbir beş yaşlı uşağı parçalayıb

26 Noyabr 2022 14:22
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Uttarxand ştatının Nişni kəndində bəbir beş yaşlı uşağı sürüyərək parçalayıb.

Milli.Az bildirir ki, bu barədə NDTV məlumat yayıb.

Pliuş adlı oğlan gəzintidən evə qayıdarkən bəbir ona hücum edərək onu tarlaya sürükləyib. Yerli sakinlər bunu görüb həyəcan təbili çalsalar da, bəbir ağzında qurbanla meşədə onlardan qaça bilib.

Şahidlər uşağı tapana qədər o, artıq ölüb.

Kənd sakinləri iddia edirlər ki, heyvan daim uşağı qoyub getdiyi yerə qayıdır və onlar yeni hücumlardan qorxurlar. Meşə Təsərrüfatı İdarəsinin nümayəndələri yırtıcı heyvanı tutmaq üçün bu ərazidə qəfəs qurublar.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.