Dünya

“Eurovision 2023”-də qaydalar dəyişdirildi

23 Noyabr 2022 00:26
Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək "Eurovision 2023" mahnı müsabiqəsi üçün səsvermə sistemində əsaslı dəyişikliklər edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, bundan sonra hansı ölkələrin yarımfinala yüksələcəyini tamaşaçıların səsləri müəyyən edəcək. Həmçinin,

- İştirakçı olmayan ölkələrdən olan tamaşaçılar onlayn səsvermədə iştirak edə biləcəklər;

- Yekun nəticəni müəyyən etmək üçün münsiflər heyətinin səsləri qlobal auditoriyanın səsləri ilə birləşdiriləcək;

- Gələn il yarımfinala yüksələn ölkələr 2009-cu ildən bəri olduğu kimi münsiflər heyəti və ictimai səslərin kombinasiyası əsasında deyil, yalnız tamaşaçıların səsləri əsasında müəyyən ediləcək;

- Musiqi sənayesinin peşəkar münsiflər heyəti Böyük Finalda qalacaq, lakin yarımfinaldan kimin oraya çatacağına tam nəzarət tamaşaçıların ixtiyarına verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.