Dünya

"Həzrəti Yusif"in Züleyxası həbs olundu

21 Noyabr 2022 22:56
Baxış: 1 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın daha bir məşhur aktrisası ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdiyi və açıq şəkildə hicabını çıxardığı üçün həbs olunub.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, Ketayun Riahi sosial şəbəkələrdə "təxribat xarakterli" paylaşımlar etdiyi üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunub.

Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur "Həzrəti Yusif" serialında Züleyxa obrazını canlandırıb.

Qeyd edək ki, bundan öncə daha bir məşhur aktrisa - Hengame Qazianini həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.