Dünya

Ukrayna infrastrukturuna vurulan zərər açıqlandı

18 Noyabr 2022 13:46
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fevral ayında müharibə başlayandan Ukrayna infrastrukturuna 100 milyard dollar həcmində zərər dəyib".

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bunu "Bloomberg"in efirində Ukraynanın maliyyə naziri Sergey Marçenko açıqlayıb. 

"Ümumi zərəri qiymətləndirmək olduqca çətindir, belə ki, infrastruktur hər gün hücumlara məruz qalır", - deyə Marçenko qeyd edib. 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi noyabrın 15-i Ukraynaya yüksəkdəqiqlikli silahlarla genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb. Nəticədə isə Ukraynada 30 obyektə ziyan dəyib. Bundan əvvəl isə noyabrın 10 və 11-i də Ukrayna ərazisində genişmiqyaslı hücumlar edilib. Bu zaman ölkənin 5 bölgəsində elektrik enerjisi tamamilə kəsilib. Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına görə isə, noyabrın 17-də Ukraynada 10 milyondan çox insan işıqsız qalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.