Dünya

İt altı yaşlı uşağı digər itin hücumundan xilas etdi - VİDEO

17 Noyabr 2022 19:41
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da alman ovçarkası altı yaşlı uşağı başqa bir itin hücumundan xilas edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tank adlı it sahibinin altı yaşlı oğlu ilə oynayarkən onlara qonşunun iti yaxınlaşıb. Yad heyvan qəfildən uşağa hücum edib, lakin ovçarka azyaşlının müdafiəsinə qalxıb.

Ailənin qonşusu səs-küyə tərəf qaçıb itini tutana qədər Tank uşağı qoruyub. Nəticədə, oğlan yalnız kiçik bir qorxu hissi ilə xilas olub.

Daha sonra uşağın anası hadisə yerindən kadrları sosial şəbəkələrdə yayımlayıb. İstifadəçilər itlərin sədaqətini və Tankın cəsarətini xüsusi qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.