Dünya

Moldova da Ukrayna kimi ciddi müharibə təhlükəsi ilə üz-üzədir

12 Noyabr 2022 08:39
Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Moldova NATO-nun müdafiə ittifaqının bir hissəsi olmalıdır".

Bunu Avropa Parlamentinin sədri Roberta Metsola Moldova Prezidenti Maya Sandu ilə görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O vurğulayıb ki, NATO ittifaqının bir hissəsi olmaq Moldova kimi ölkələrin təhlükəsizliyini yaxşılaşdırmağa və daha böyük təhdidlərin qarşısını almağa kömək edəcək.

Avropa Parlamentinin sədri əlavə edib ki, Moldova da Ukrayna kimi çox ciddi müharibə təhlükəsi ilə üz-üzədir və özünün təhlükəsizliyini gücləndirməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.