Dünya

“Xüsusi təyinatlılarımız artıq şəhərdədir”

11 Noyabr 2022 22:13
Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun Xersona daxil olmasını şərh edib.

Milli.Az APA-ya istinadən bildirir ki,  dövlət başçısı bunu tarixi hadisə adlandırıb.

"Bu gün tarixi gündür. Biz Xersona qayıdırıq. İndiyə olan məlumata görə ordumuz şəhərin bir addımlığındadır. Bir azdan şəhərə girəcəyik. Xüsusi təyinatlılarımız artıq şəhərdədir. Xersonlular bunu gözləyirdi. Onlar heç zaman Ukraynadan üz döndərməyiblər. Ukraynaya olan ümidlər hər zaman doğrulur, Ukrayna özünə aid olanı qaytarır" - deyə Zelenski vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.