Dünya

ÜST: "Koronavirusdan ölüm sayı..."

9 Noyabr 2022 23:57
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fevral ayından indiyədək COVID-19 infeksiyası səbəbindən ölüm sayı 90% azalıb".

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

ÜST rəhbəri qeyd edib ki, son həftə ərzində 9,4 mindən çox ölüm qeydə alınıb, fevralda isə həftə ərzində ölüm nisbəti 75 min civarında dəyişib.

"Biz uzun bir yol qət etmişik və bu, həqiqətən də nikbinlik üçün səbəbdir. Lakin biz hökumətləri, icmaları və bütün insanları ayıq-sayıq olmağa çağırırıq", - Qebreyesus deyib.

Pandemiyasının başlanğıcından indiyədək dünyada 629 milyon yoluxma, 6,5 milyon ölüm faktı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.