Dünya

İtaliya Ukraynaya silah göndərəcək

9 Noyabr 2022 07:55
Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə İtaliya hökumətinin nümayəndələrindən biri bildirib.

Onun sözlərinə görə, ölkəsi Ukraynanı Fransa-İtaliya istehsalı olan SAMP/T, orta mənzilli "Aspide" zenit-raket kompleksləri və "Stinger" insan daşına bilən hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə hazırdır.

Qeyd edək ki, İtaliya ilk dəfə fevralın sonunda Ukraynaya silah çatdırıb ki, bunlar da MLRS universal buraxılış qurğuları, Almaniya istehsalı "PzH 2000" özüyeriyən artilleriya qurğuları və zirehli maşınlardan ibarət olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.