Kiyev ilin sonuna qədər yeni hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərinin çatdırılmasını gözləyir. Artıq bir sıra ölkələrlə sazişlər icra mərhələsindədir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
"Bizim bir qaydamız var: tədarük edən ölkə açıqlamayana qədər bununla bağlı nəyisə şərh etmirik. Razılaşırıq ki, bu haqda danışa bilərik. Artıq bəzi ölkələrlə həm prezident, həm də hökumət səviyyəsində əldə olunan razılaşmalar mövcuddur", - nazir bildirib.
Milli.Az