Dünya

Kişi arvadını doğrayıb qalıqlarını eyvandan çölə səpələdi

4 Noyabr 2022 15:24
Baxış: 4 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada yaşlı arvadını öldürməkdə şübhəli bilinən 89 yaşlı rusiyalı təqaüdçü saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Moskva Prokurorluğunun Telegram kanalı məlumat yayıb.

Nəzarət orqanının məlumatına görə, Marşal Tuxaçevski küçəsindəki yaşayış binasının yaxınlığında yaşlı qadının cəsədinin parçaları tapılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı təhlükəsizlik qüvvələri müəyyən edib ki, qadını 1933-cü il təvəllüdlü əri öldürüb. Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə iş açıb. İstintaqın gedişinə prokurorluq nəzarət edir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.