Dünya

Şimali Koreya ballistik raket buraxıb

3 Noyabr 2022 08:33
Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ordusu orta və ya uzaq mənzilli ballistik raket buraxıb.

Cənubi Koreya ordusu bunun qitələrarası ballistik raket ola biləcəyini istisna etmir. Müvafiq yoxlama aparılır, raketin uçuş məsafəsi, sürəti və hündürlüyü də təhlil edilir.

"Yonhap"ın məlumatına görə, uçuş zamanı raketin mühərriki və döyüş başlığının ayrıldığı təxmin edilir. Yaponiya mətbuatının xəbərlərinə görə, raket Yaponiya ərazisi üzərindən keçib və Sakit okeana düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.