Dünya

Zelenski Makronla danışdı

2 Noyabr 2022 07:14
Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski telefonla danışıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Yelisey sarayı açıqlama yayıb.

Açıqlamaya görə, Makron və Zelenski Zaporojya Atom Elektrik Stansiyasında və Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

Danışıq zamanı Makron, xüsusilə hava hücumundan müdafiə ilə bağlı Ukraynaya hərbi dəstəyi mümkün qədər tez artırmaq üçün səfərbər olduqlarını təkrarən bildirib.

İki lider Rusiyanın Ukrayna taxılının dəniz dəhlizi ilə ixracına dair sazişi dayandırmasını da müzakirə edib. Makron Rusiyanın bu qərarından təəssüfləndiyini vurğulayıb.

Həmçinin Fransa və Ukrayna dekabrın 12-də ikitərəfli konfrans keçirmək qərarına gəliblər. Dekabrın 13-də Parisdə Ukraynanın vətəndaş müqavimətini dəstəkləmək üçün beynəlxalq konfrans keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.