Dünya

Əfqan aparıcının tərzini dəyişməsi müzakirələrə səbəb oldu - FOTO

1 Noyabr 2022 17:56
Baxış: 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanın "Shamshad News" telekanalının aparıcısı Məhəmməd Kamalın qiyafəsini dəyişib ənənəvi puştun milli geyim tərzinə keçməsi və saqqal uzatması ölkədə birmənalı qarşılanmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Məhəmməd Kamalın yayılan son fotosu Əfqanıstanın sosial şəbəkə seqmentinin ən çox müzakirə edilən mövzusuna çevrilib.

Qeyd edək ki, M.Kamal əvvəlki hökumətin dövründə "Taliban" təşkilatının sərt tənqidçilərindən biri olub.

Lakin hazırda jurnalist Əfqanıstanda hakimiyyətə gələn "Taliban" iqtidarının əldə etdiyi nailiyyətlər barədə müxtəlif veriliş və yazılarla çıxış edir.

Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, Məhəmməd Kamal hakimiyyət dəyişikliyi zamanı ölkəni tərk etməyə fürsət tapmayıb, özünü, həmçinin ailəsinin həyatını xilas etmək naminə qiyafəsini və mövqeyi dəyişmək məcburiyyətində qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory