Dünya

Məhsa Əmininin xatirəsini yad etmək üçün iranlılar küçələrə axışdı

26 Oktyabr 2022 22:56
Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Minlərlə iranlı Məhsa Əmininin xatirəsini yad etmək üçün etiraz aksiyaları keçiriblər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "yanlış" hicab taxdığına görə əxlaq polisi tərəfindən saxlanılan və vəfat edən Məhsa Əmininin ölümündən 40 gün keçdiyinə görə, iranlılar küçələrə axışıblar.

İranın təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açaraq, minlərlə insana qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə ediblər.

İran mediasına əsasən, ölənlər və yaralananlar var, lakin hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, M. Əmininin ölümündən sonra İranda kütləvi etirazlar başlayıb, 100-dən çox insan ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.