Dünya

Hindistan vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

25 Oktyabr 2022 12:06
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistan Xarici İşlər Nazirliyi Ukraynadakı Hindistan vətəndaşlarının mümkün qədər tez zamanda ölkəni tərk edərək tez qonşu ölkələrə getməyi tövsiyə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, XİN-in sözçüsü Arindam Baqçi Ukraynadakı Hindistan səfirliyinə vətəndaşların Ukraynanın Macarıstan, Polşa, Moldova, Slovakiya və Rumıniya ilə sərhədlərindəki nəzarət-buraxılış məntəqələri vasitəsilə sürətlə keçidini təmin etmək üçün göstərişlər göndərib.

Səfirliyə göndərilən təlimatda Ukraynadan çıxmaq üçün mümkün marşrutların siyahısı və sərhədi keçmək üçün lazımi sənədlərin siyahısı var.

Xatırladaq ki, ötən həftə Hindistanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirdiyini, diplomatik missiyanın təxliyəsinin və ya əməkdaşlarının Kiyevdən çıxarılmasının hələ planlaşdırılmadığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.