Dünya

"eBay" bu malların satışını qadağan etdi - VİDEO - FOTO

21 Oktyabr 2022 19:16
Baxış: 1 089
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"eBay" manyak Ceffri Damerlə bağlı malların satışını qadağan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə platformanın nümayəndələri məlumat yayıb.

Bildirilir ki, "Netflix" serialı "Monster: The Jeffrey Dahmer Story" ("Vəhşi: Ceffri Damerin hekayəsi") yayımlandıqdan sonra istifadəçilərin qatillə bağlı kostyum və aksessuarlara marağı bir neçə dəfə artıb. Bu səbəbdən şirkət bu qəddar cinayətkarla əlaqəli əşyaları, geyimləri saytdan silmək məcburiyyətində qalıb.

Qeyd edək ki, serialın uğurundan sonra "Damer" obrazını canlandıran aktyor Evan Petersin serialda taxdığı eynəkdən tutmuş, sarışın parik və köynəyə kimi bir çox əşyalar müxtəlif onlayn platformalarda satışa çıxarılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.