Dünya

Arvadını öldürüb, qızını zorladı

18 Oktyabr 2022 20:52
Baxış: 1 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Altay diyarında 34 yaşlı rusiyalı arvadını qətlə yetirməkdə və 14 yaşlı qızını zorlamaqda təqsirli bilinərək 22 il müddətinə sərt rejimli koloniyaya məhkum edilib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məhkəmənin müəyyən etdiyi kimi, 2021-ci ilin noyabr ayının əvvəlində arvadı ilə münaqişə zəminində rusiyalı qızının onları izlədiyini bildiyi üçün arvadının başına bir neçə dəfə taxta ilə vurub. Uşağın gözü qarşısında qadını boğaraq meyiti zirzəmiyə atıb, səhərisi gün isə onu yardımçı tikilidə basdırıb. O, arvadının naməlum istiqamətə getdiyini yaxınlarına deyərək qızı susmaqla hədələyib, hətta arvadının axtarışını da təşkil edib.

Daha sonra cinayətin üstü açılanda məlum olub ki, cinayətkar 3 ildir qızına təcavüz edib. Faktla bağlı İstintaq komitəsi hədsiz amansızlıqla adam öldürmə və azyaşlıya zorlama maddəsi ilə cinayət işi açıb və araşdırma aparıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.