Dünya

Braziliyada qubernatorluğa namizəd atəşə tutulub

18 Oktyabr 2022 08:33
Baxış: 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada qubernatorluğa namizəd atəşə tutulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təxribatçılar siyasətçi və onun ətrafına atəş açıblar.

Hadisə San-Paulu şəhərinin cənub hissəsində baş verib.

Ölkənin hazırkı prezidentinin dəstəyini alan keçmiş nazir Tarçizio Qomez de Freitas gecəqondu bölgəsinə səfər etmək qərarına gəlib.

Polis və jurnalistlərin əhatəsində olan məmurlar peyda olanda naməlum şəxslər onlara atəş açıb. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Hücum edənlərdən biri öldürülüb.

Sabiq nazirin dəstəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.