Dünya

“Yaralı rusiyalı hərbçilərin ölüm nisbəti 50 faizdən çoxdur” - Ukrayna Baş Qərargahı

15 Oktyabr 2022 14:51
Baxış: 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tibbi yardımın keyfiyyətsizliyi və Rusiya komandanlığının ağır yaralıları təxliyə etmək istəməməsi səbəbindən rusiyalı yaralı hərbçilər arasında ölüm nisbəti 50 faizi ötür.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə UNİAN Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Qərargahdan bildirilib ki, mövcud məlumatlara əsasən, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində çoxlu sayda yaralı tibb müəssisələrinə yerləşdirilir. Belə ki, Donetskdəki xəstəxanalardan birinə bu həftə 100-ə yaxın yaralı çatdırılıb.

Zaporojye vilayətinin Tokmak şəhərində xəstəxanalar dolub. Yerli sakinlərin verdiyi məlumata görə, həkimlərin işinin çoxluğu və çarpayı çatışmazlığı səbəbindən mülki vətəndaşlar xəstəxanalara qəbul edilmir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.