Dünya

"NATO heç vaxt Rusiyaya..."

12 Oktyabr 2022 08:02
Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şimali Atlantika Müqaviləsi Təşkilatı heç vaxt Rusiyaya "imtiyaz" verməyəcək ki, Ukraynada nüvə silahının mümkün istifadəsinə NATO-nun cavabını əvvəlcədən bilsin".

Milli.Az "report"a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO Rusiya nüvə qüvvələrinin hazırlığını və ya ölkənin nüvə siyasətində dəyişiklikləri müşahidə etməyib.

"Bununla belə, biz ayıq qalacağıq və təbii ki, onlara Ukraynada nüvə silahının tətbiqinə necə cavab verəcəyimizi dəqiq bilmək imtiyazını heç vaxt verməyəcəyik. Qərbin Ukraynaya dəstəyinin risksiz alternativləri yoxdur, halbuki Rusiyanın münaqişədə qələbəsi alyansın müttəfiqlərini böyük risk altına atacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.